Namus qətli: Azərbaycanda FHN-nin əməkdaşı iş yerində qətlə yetirildi

Namus qətli: Azərbaycanda FHN-nin əməkdaşı iş yerində qətlə yetirildi
SOSİAL
13:05 08.05.2019
3945
Sumqayıt şəhərində 35 yaşlı kişi qətlə yetirilib.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional İdarəsinin əməkdaşı, 1984-cü il təvəllüdlü Kərimov Emin Vəli oğlu iş yerində bıçaqlanaraq öldürülüb.

Faktla bağlı araşdırma aparılır.
 
13:54
 
FHN-nin Sumqayıt Regional Mərkəzinin binasının qarşısında Emin Vəli oğlunu bıçaqlayan şəxs həbs edildi.
 
Prokurorluqdan AZXEBER.COM-a verilən məlumata görə, faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən Şəmsəddin İbrahimov şübhəli şəxs qismində saxlanılıb. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Qətlin namus üstündə törədildiyi deyilir. 
OXŞAR XƏBƏRLƏR