FHN partlayışla bağlı ölənlərin və yaralananların dəqiq sayını açıqladı - AÇIQLAMA

FHN partlayışla bağlı ölənlərin və yaralananların dəqiq sayını açıqladı - AÇIQLAMA
12:55 09.08.2011
1688

AZXEBER.COM-un nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanacaqdoldurma məntəqəsinin və orada olan avtomobillərin yanması barədə məlumat daxil olub. Nazirliyin müvafiq qüvvə və texnikası, o cümlədən 2 helikopteri dərhal hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılıb. Yanacaqdoldurma məntəqəsi və ərazidə olan yanacaqla dolu çənlər, həmçinin, yaxınlıqda dayanmış 1 yanacaq daşıyan yük avtomobili yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən saat 15:57-də söndürülüb. İlkin məlumata görə, hadisə nəticəsində 4 nəfər həlak olub, 15 nəfər yaralanıb, 7 avtomobil yanıb.

Hazırda ərazidə müvafiq işlər görülür. Araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR