FHN su basmış ərazilərdən 84 nəfəri təxliyə edib - VİDEO

FHN su basmış ərazilərdən 84 nəfəri təxliyə edib - VİDEO
SOSİAL
18:18 28.03.2026
273
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri fasiləsiz olaraq davam etdirilir.

Bu barədə AZXEBER.COM-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görülmüş tədbirlər nəticəsində 20-si azyaşlı olmaqla ümumilikdə 84 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.

Hazırda FHN-in qüvvələri tərəfindən bu istiqamətdə işlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR