FHN Sumqayıtda radiasiya fonunun normanı keçməsi ilə bağlı məlumat yayıb

FHN Sumqayıtda radiasiya fonunun normanı keçməsi ilə bağlı məlumat yayıb
SOSİAL
22:34 09.09.2023
283

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən müəssisə ərazisində radiasiya fonunun normadan artıq olması barədə məlumat daxil olub.

Bu barədə FHN məlumat yayıb.

Bildirilir ki, əraziyə baxış keçirilməsi və radiasiya fonunun ölçülməsi məqsədilə FHN-in müvafiq qüvvələri dərhal əraziyə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

FHN tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Əlavə məlumat veriləcək.

OXŞAR XƏBƏRLƏR