FHN Sumqayıtdakı dəhşətli qəza ilə bağlı xəbər yaydı

FHN Sumqayıtdakı dəhşətli qəza ilə bağlı xəbər yaydı
SOSİAL
23:07 10.05.2019
3643
Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıtda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

AZXEBER.COM FHN-ə istinadən xəbər verir ki, nazirliyin "112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində "Mercedes” markalı minik avtomobili ilə "Shacman” markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri "Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 5 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


OXŞAR XƏBƏRLƏR