FHN: Ticarət mərkəzindəki yanğının yayılmasının qarşısı alınıb, 3 helikopter cəlb olunub

FHN: Ticarət mərkəzindəki yanğının yayılmasının qarşısı alınıb, 3 helikopter cəlb olunub
SOSİAL
12:11 26.03.2019
3711
Paytaxtda "Diqlas" ticarət mərkəzindəki yanğının yayılmasının qarşısı alınıb.

AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə baş verən yanğının yayılmasının qarşısı alınıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Aviasiya dəstəsinin 3 ədəd helikopteri tərəfindən yanğının söndürülməsi üçün tədbirlər davam edir.
OXŞAR XƏBƏRLƏR