FHN xəstəxanadakı yanğınla bağlı məlumat yaydı

FHN xəstəxanadakı yanğınla bağlı məlumat yaydı
SOSİAL
21:04 27.07.2017
945
Fövqəladə Hallar Nazirliyi (FHN) Yevlax Şəhər Mərkəzi Xəstəxanasında baş vermiş yanğınla bağlı yeni məlumat yayıb.
 
AZXEBER.COM FHN-ə istinadən xəbər verir ki, xəstəxananın 1-ci və 4-cü mərtəbələrində şaxta boyunca elektrik kabelləri 15 poqonometr, hər mərtəbədə 20 kvadratmetr sahədə kabellər və 2-ci mərtəbədə 4 oturacaq qismən yanıb. Yanğınsöndürənlər tərəfindən 7 xəstə xilas, 20 xəstə isə təxliyyə edilib. Xəstəxana binasının qalan hissəsi yanğından mühafizə olunub. Alov saat 15:18-də söndürülüb.
 
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR