FHN-xilasediciləri Lənkəranda boğulmaq təhlükəsi ilə üzləşən gənci xilas edib

FHN-xilasediciləri Lənkəranda boğulmaq təhlükəsi ilə üzləşən gənci xilas edib
SOSİAL
21:29 03.08.2025
366
Lənkəranda boğulmaq təhlükəsində olan gənc xilas edilib.

AZXEBER.COM xəbər verir ki, hadisə Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisindəki çimərlikdə baş verib.

Xəzər dənizinin dərin hissəsinə doğru üzən gəncin batmaq təhlükəsində olduğunu görən Fövqəladə Hallar Nazirliyinin xilasediciləri dərhal müdaxilə edərək onu sudan çıxarıb və sahilə çatdırıblar.

Gəncə ilkin tibbi yardım göstərildikdən sonra o, Təcili Tibbi Yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR