FHN yanğın təhlükəli şadlıq saraylarının fəaliyyətini dayandırıb.
Bu barədə AZXEBER.COM-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə” şadlıq evi kompleksinə məxsus "VIP” və "Avropa zalı” adlı obyektlərdə keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
- obyektlərin təxliyə yolları yanar materialdan olan üzlüklərlə bəzədilib;
- yanğın avtomatika qurğularına planlı texniki xidmətin göstərilməsi üçün ixtisaslaşmış təşkilatlarla müqavilə bağlanılmayıb;