FHN zəlzələ ilə əlaqədar Zaqatalaya əlavə qüvvələr göndərib
Bütün Xəbərlər
11:10 19.05.2012
1391
Fövqəladə Hallar Nazirliyi zəlzələ bölgəsinə əlavə qüvvələr göndərib. Azxeber.com-un FHN-nin rəsmi saytına istinadla verdiyi məlumata görə, 18 may tarixində Bakı vaxtı ilə saat 19:46-da Zaqatala rayonundan 15 km cənubda qeydə alınmış zəlzələ ilə əlaqədar bölgəyə Fövqəladə Hallar Nazirliyinin əlavə qüvvələri göndərilib. Ehtiyacı olan əhali çadır və lazımi təlabat malları ilə təmin olunacaq.