Fidan gürcüstanlı həmkarı ilə "Beşiktaş" – "Hapoel" matçı zamanı yaşananları müzakirə edib

Fidan gürcüstanlı həmkarı ilə "Beşiktaş" – "Hapoel" matçı zamanı yaşananları müzakirə edib
DÜNYA
23:41 26.11.2026
88
Türkiyənin xarici işlər naziri Hakan Fidan gürcüstanlı həmkarı Maka Boçorişvili ilə UEFA Avropa Liqasının əsas mərhələsində Gürcüstanda keçirilən "Beşiktaş" (Türkiyə) - "Hapoel" (İsrail) qarşılaşması zamanı yaşananları müzakirə edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, Fidan Boçorişvili ilə stadiondakı Türkiyə vətəndaşlarının vəziyyəti barədə fikir mübadiəsi aparıb.

Telekanal həmçinin qeyd edib ki, Türkiyənin Tblisidəki səfirliyinin və baş konsulluğunun əməkdaşları stadiondadırlar. Onların vətəndaşların hüquqlarını qorumaqla bağlı bütün lazımi addımları atdıqları bildirilib.

Qeyd edək ki, "Batumi Arena"da təşkil olunan matçda yerli polisin "Beşiktaş" azarkeşlərinə müdaxiləsindən sonra hakimlər briqadası paltardəyişmə otağına yollanıb. Polisin azarkeşlərə qarşı gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir. 25-ci dəqiqədə dayandırılan matç sonradan bərpa edilib.
OXŞAR XƏBƏRLƏR