Türkiyə və Rusiya xarici işlər nazirləri Hakan Fidan və Sergey Lavrov arasında telefon danışığı olub.
AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.
Bildirilib ki, iki nazir İsrail və İran arasındakı münaqişə və bu gərginliyin mümkün qlobal və regional nəticələrini müzakirə ediblər.
Fidan münaqişəyə son qoymağın və İranın nüvə fəaliyyətləri ilə bağlı mübahisənin həllinin yeganə yolunun diplomatiya olduğunu deyib.