İranın xarici işlər naziri Abbas Əraqçi BRİKS sammiti çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə danışıqlar aparıb.
Görüşdə Türkiyə və İran arasında ikitərəfli əlaqələr, həmçinin "sionist rejim və ABŞ-ın İrana qarşı hərbi təcavüzü”ndən sonra Qərbi Asiya regionunda baş verən son hadisələr müzakirə edilib.
Əraqçi və Fidan, həmçinin, Fələstində soyqırımın dayandırılması üçün təcili tədbirlərin görülməsi, həmçinin "sionist rejimin məsuliyyətə cəlb edilməsi və törətdiyi cinayətlərə görə cəzalandırılması"nın vacibliyini vurğulayıblar.
/Unikal