FİFA danışılmış oyunlar və futboldakı digər korrupsiya hallarına qarşı mübarizə məqsədi ilə yeni sayt (https://www.bkms-system.net/bkwebanon/report/clientInfo?cin=6fifa61&language=eng) yaradıb.
Saytda daxil olmaqla istənilən şəxs bununla bağlı gizli məlumat verə bilər.
“Bu portal məxfiliyi təmin edir. FİFA əmindir ki, hər bir insan ədalətli və şəffaf futbolun olması üçün əlindən gələni edəcək” – deyə qurumun məlumatında bildirilir.
Xatırladaq ki, bu həftənin əvvəli Avropol futbolda 380 danışılmış oyunu aşkarladıqları haqda məlumat yayıb.//qol.az