Beynəlxalq Futbol Federasiyası (FIFA) sosial şəbəkələrdə Lionel Messinin tarixin ən böyük futbolçusu adlandıran paylaşımı silib.
AZXEBER.COM xəbər verir ki, buna səbəb portuqaliyalı hücumçü Kriştiano Ronaldonun fanatlarının paylaşımın altına mənfi şərhlər yazması bildirilib.
Qeyd edək ki, paylaşımda Messi tarixin ən böyük futbolçusu adlandırılmışdı.
Xatırladaq ki, Argentina millisi Qətərdəki dünya çempionatının finalında Fransa millisinə qalib gələrək üçqat dünya çempionu olub.