FİFA prezidenti Zepp Blatter mətbuat konfransına başlamazdan əvvəl onun üstündə bir bağlama pul atıblar.
Bildiriblər ki, 2026-cı ildə keçiriləcək dünya çempionatına Şimali Koreya belə namizədliyini versə, pul naminə Blatter ona da razılaşa bilərdi.
Zepp Blatter və digər FİFA rəsmilərinin adı tez-tez rüşvət və korrupsiyada hallanır.
Bir neçə gün əvvəl FİFA-nın Etika Komitəsi administrator Kuk Blazeri idman fəaliyyətindən ömürlük məhrum edib.
AZXEBER.COM saytı "Azadlıq" radiosuna istinadən xəbər verir ki, 70 yaşlı Blazer 1996-2013-cü illərdə FİFA İcraiyyə Komitəsinin üzvü olub. O, 2013-cü ildə Nyu-York məhkəməsində etiraf edib ki, komitənin digər üzvləri ilə 1998-ci ildə baş tutmayan Mərakeş çempionatı, 2010-cu ildə isə baş tutan Cənubi Afrika çempionatına görə rüşvət alıb və qanunsuz ödənişlər ediblər.