Fikrət Məmmədov yeni rəis təyin etdi

Fikrət Məmmədov yeni rəis təyin etdi
SOSİAL
23:31 27.09.2019
24409
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncədə yerləşən 2 saylı istintaq təcridxanasına yeni rəis təyin olunub. 

AZXEBER.COM-un Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, Ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə ədliyyə polkovnik-leytenantı Asif Quliyev təcridxanaya rəis təyin olunub. 

Qeyd edək ki, A. Quliyev daha öncə məntəqə tipli cəzaçəkmə müəssəsinin rəisi vəzifəsində çalışıb. 2 saylı istintaq təcridxanasının əvvəlki rəisi ədliyyə polkovniki Ruslan Rəsulov olub.
OXŞAR XƏBƏRLƏR