Filippin sahilində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 100 mindən çox insanın yaşadığı Tuqeqarao şəhərindən 127 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 49 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami xəbərdarlığı verilməyib.
/Report