Filippində bazarda yanğın baş verib: ölənlər var

Filippində bazarda yanğın baş verib: ölənlər var
DÜNYA
09:16 25.10.2026
230
Filippinin cənubundakı Luson adasında yerləşən Sorsoqon şəhərində ictimai bazarda baş verən yanğın nəticəsində beş nəfər ölüb.

Bu barədə "Xinhua" agentliyi yerli mediaya istinadən xəbər yayıb.

Məlumata görə, yanğın şənbə axşamı başlayıb və qısa zamanda bütün bazara yayılıb. Yanğını ancaq bazar günü səhər tam söndürmək mümkün olub.

Hadisənin başvermə səbəbləri araşdırılır.
 
///report///
OXŞAR XƏBƏRLƏR