Filippində daşqın və torpaq sürüşməsi: 14 nəfər ölüb

DÜNYA
11:36 03.09.2024
121
Filippinin şimalına təsir edən şiddətli fırtınadan sonra meydana gələn sel və torpaq sürüşmələrində 14 nəfər həyatını itirib.
 
AZXEBER.COM xarici KIV-ə istinadən xəbər verir ki, Filippində olan "Yagi" tropik fırtınası bölgədə güclü yağış, sel və torpaq sürüşməsinə səbəb olub.
 
Səlahiyyətli şəxslər fırtınadan sonra baş verən sel və torpaq sürüşmələri nəticəsində 14 nəfərin öldüyünü bildirib.

Digər tərəfdən şiddətli fırtına dəniz və hava nəqliyyatına da mənfi təsir göstərib.

Aeroport rəsmiləri əlverişsiz hava şəraiti ilə əlaqədar bəzi daxili uçuşların dayandırıldığını açıqlayıb.

Filippinin şimalındakı bir çox ştatda fırtına xəbərdarlığı davam edir.
 
Oksana

OXŞAR XƏBƏRLƏR