Filippində daşqınlar nəticəsində ölənlərin sayı 15-ə çatıb

Filippində daşqınlar nəticəsində ölənlərin sayı 15-ə çatıb
DÜNYA
19:43 21.01.2024
174

Filippinin cənubundakı Davao bölgəsində torpaq sürüşməsi və güclü daşqınlar nəticəsində ölənlərin sayı 15-ə çatıb.

Bu barədə "Sinhua” agentliyi məlumat yayıb.

Milli Fəlakət Riskinin İdarə Edilməsi Şurasının (NDRRMC) məlumatına görə, Davao-de-Oro əyalətində 13, Davao şəhərində isə iki nəfər həlak olub.

Qurum Mindanao adasındakı Davao bölgəsində 5 əyalətdə güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələrindən 349 mindən çox insanın zərər çəkdiyini açıqlayıb.

Güclü leysanların bölgədə sel və torpaq sürüşməsinə səbəb olduğu bildirilir./report

OXŞAR XƏBƏRLƏR