Filippində torpaq sürüşməsi nəticəsində 7 nəfər ölüb

Filippində torpaq sürüşməsi nəticəsində 7 nəfər ölüb
DÜNYA
20:53 18.01.2024
154
Filippinin cənubundakı Mindanao adasında leysan yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində azı 7 nəfər ölüb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "News Line Philippines” nəşri məlumat yayıb.

Bildirilib ki, Davao-de-Oro əyalətinin Monkayo ​​şəhərində mədən sahəsinə yağan güclü yağışlar nəticəsində baş verən sürüşmə nəticəsində uşaqlar daxil olmaqla, azı 7 nəfər ölüb, iki nəfər yaralanıb, itkin düşənlər var.

Yerli hakimiyyət orqanları yağışların davam etməsi səbəbindən axtarış-xilasetmə işlərinin müvəqqəti dayandırıldığını bildiriblər.
OXŞAR XƏBƏRLƏR