Filippində torpaq sürüşməsində ölənlərin sayı 90-a yüksəlib

Filippində torpaq sürüşməsində ölənlərin sayı 90-a yüksəlib
DÜNYA
19:43 15.02.2024
159
Filippinin cənubunda, Davao-de-Oro əyalətində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 90-a yüksəlib, daha 37 nəfər itkin düşmüş sayılır.

Məlumatı "ABS-CBN News” telekanalı yayıb.

"Arex Mining” qızıl hasilatı şirkətinin böhran qərargahının rəhbəri Ferdinand Dobli bildirib ki, sabit olmayan qrunt və yeni sürüşmə təhlükəsi səbəbindən axtarış-xilasetmə əməliyyatı dayandırılıb.

Filippinin Silahlı Qüvvələri insanların xilas edilməsi və fəlakətin nəticələrinin aradan qaldırılmasına cəlb olunub, əhaliyə humanitar yardım göstərilib. İlkin əməliyyata təxminən 9 hektar ərazidə yüzlərlə insan və ağır texnika cəlb olunub.

Qeyd edək ki, fevralın 12-də təbii fəlakət nəticəsində 68 nəfərin öldüyünə, 51 nəfərin itkin düşdüyünə dair məlumat yayılmışdı.
 
\Report
OXŞAR XƏBƏRLƏR