Filippinin Neqros adasında yerləşən Kanlaon vulkanı bu il ikinci dəfə püskürüb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Filippin Xəbər Agentliyi məlumat yayıb.
Belə ki, vulkanik fəaliyyətin təxminən 4 dəqiqə davam etdiyi və vulkandan 3 min metr yüksəkliyə kül səpildiyi bildirilib.
Filippin Vulkanologiya və Seysmologiya İnstitutu da vulkanın ətrafındakı 6 kilometrlik ərazidə yaşayan vətəndaşları təxliyə etməyə çağırıb.
Kanlaon vulkanı iyun ayında aktivləşib. Təxminən 6 dəqiqə püskürən vulkan 5 min metr hündürlüyə tüstü saçıb.
Mikayıl