Film kimi olay: 2 yaşlı oğlunu satıb, tətilə getdi

MARAQLI
16:17 03.05.2021
866

Çində film ssenarilərinə bənzər hadisə yaşanıb.

 

AZXEBER.COM Türkiyə mətbuatına istinadən bildirir ki, Çində Se adlı kişi boşandığı həyat yoldaşıyla arasındakı mübahisəyə son qoymaq üçün, 2 yaşlı oğlunu 158 min yuana (50 min manat) uşağı olmayan başqa bir ailəyə satıb.

 

Daha sonra həmin pulla tətilə gedib. Uşağın anası yoxa çıxan övladını axtarışa verdikdən sonra baş verən hadisə ortaya çıxıb.

 

Polis araşdırmalarından məlum olub ki, boşanmış valideynlərin əvvəllər də başqa ailələrə verilmiş 2 qızları var.

 

Nərmin Məmmədli

OXŞAR XƏBƏRLƏR