Film kimi olay: 40 gün cəngəllikdə qalan şəxslər möcüzəvi şəkildə həyatda qaldılar

Film kimi olay: 40 gün cəngəllikdə qalan şəxslər möcüzəvi şəkildə həyatda qaldılar
DÜNYA
12:25 13.06.2023
170
Amazon cəngəlliyində 40 gün qapalı qalan 4 kolumbiyalı qardaş meşənin meyvələrini yeyərək sığınacaq tikərək sağ qalıblar.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Kolumbiyada mayın 1-də 7 nəfərlə birlikdə yoxa çıxan və mayın 17-də qalıqları tapılan kiçik təyyarədəki 4 uşağın sağ tapıldığı rəsmən təsdiqlənib.

Kolumbiya prezidenti Qustavo Petro Twitter hesabından "Bütün ölkə üçün böyük sevinc! 40 gün əvvəl Kolumbiya cəngəlliklərində itən 4 uşaq sağ tapıldı" sözlərini paylaşıb.

Açıqlamada Caqueta idarə sənədi ilə 4 qardaşın meşədəki yerlərinin müəyyən edildiyi, "Möcüzə, Möcüzə, Möcüzə” ifadəsinin yer aldığı qeyd edilib.
 
Hərbi qulluqçular tərəfindən tapılan uşaqların sağlamlıq vəziyyətinin "maye itkisi” və "həşərat dişləməsi” nəticəsində yaranan problemlər olduğu bildirilib.

Hakimiyyət orqanlarının mayın 18-də qardaşlarla bağlı verdiyi açıqlamada uşaqların sağ olduğu bildirilib, lakin onların taleyini təsdiqləmək mümkün olmayıb.

Sağ qalanlar arasında 11 aylıq körpənin də olduğu paylaşılıb.

Mikayıl
 


OXŞAR XƏBƏRLƏR