Finlandiya gözəli restorandan uyğun olmayan geyim geyindiyinə görə qovulub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 2018-ci ildə Finlandiyanın gözəli seçilən Erika Helin restorandan məkana uyğun olmayan geyim geyindiyinə görə qovulub.
Erika Helin başına gələn bu hadisədən şoka düşdüyünü öz "İnstagram” hesabında izləyiciləri ilə bölüşüb.
Mühafizəçinin ona yaxınlaşdığını deyən Helin mühafizəçinin ona getməli olduğunu dediyini və gözlənilmədən onu sürüyərək çölə çıxardığını bildirib.
Sözügedən yerdən mövzu ilə bağlı açıqlama verilməyib.
Ayşən