Finlandiya rəqəmsal pasport tətbiqini sınaqdan keçirən ilk ölkə oldu

Finlandiya rəqəmsal pasport tətbiqini sınaqdan keçirən ilk ölkə oldu
DÜNYA
18:22 04.09.2023
255
Finlandiya dünyada rəqəmsal pasport tətbiqini sınaqdan keçirən ilk ölkə olub.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Finlandiya səlahiyyətliləri Rəqəmsal Səyahət Sənədinin fiziki pasport qədər etibarlı olduğunu deyirlər.
 
Pilot proqram Finlandiya vətəndaşlarına öz smartfonlarında rəqəmsal şəxsiyyət sənədlərini göstərməklə Böyük Britaniyaya uçuşlarında səyahət etmək imkanı verir.
 
Rəqəmsal pasport sistemi Finlandiya aviaşirkətlərində Helsinkidən London, Edinburq və Mançesterə uçuşlarda sınaqdan keçirilib.

Şəbnəm
OXŞAR XƏBƏRLƏR