Finlandiya Rusiya ilə sərhəd qapılarını daha 2 ay bağlı saxlayacaq

Finlandiya Rusiya ilə sərhəd qapılarını daha 2 ay bağlı saxlayacaq
DÜNYA
14:08 09.02.2024
166
Finlandiya qeyri-qanuni mühacir axını ilə mübarizə aparmaq üçün Rusiya ilə sərhəd qapılarını bağlı saxlamağa davam edəcəyini bildirib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Finlandiya Rusiya ilə sərhəd qapılarını aprelin 14-dək bağlı saxlayacağını açıqlayıb. 

Rusiyadan gələn qeyri-qanuni mühacir axını ilə mübarizə üçün noyabrın 24-də 9 sərhəd qapısından 8-ni bağlayan Finlandiya yaxın gələcəkdə bu sərhəd qapılarını açmayacaq.

Finlandiya Daxili İşlər Nazirliyi hökumətin sərhədi bağlamağı dayandıracağı təqdirdə Rusiyadan daha çox immiqrantın gələcəyini göstərən dəlillərə malik olduğunu bildirib.

Finlandiyanın daxili işlər naziri Mari Rantanen açıqlamasında "Sərhədin Rusiya tərəfində ən azı yüzlərlə, lakin yəqin ki, minlərlə miqrant Finlandiyaya doğru səyahətlərini davam etdirmək üçün fürsət gözləyir”, deyib.

Nəzrin
OXŞAR XƏBƏRLƏR