Finlandiya Ukraynaya 12-ci hərbi yardım paketi ayırıb

Finlandiya Ukraynaya 12-ci hərbi yardım paketi ayırıb
DÜNYA
18:46 20.01.2023
281
Ölkə hökumətinin qərarına uyğun olaraq Finlandiya Ukraynaya 12-ci hərbi yardım paketini ayırır.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, yeni paketə ağır artilleriya və döyüş sursatları daxil olacaq.

"Müdafiə naziri Mikko Savola bildirib ki, Finlandiya Ukraynanı ağır artilleriya və sursatla təmin edəcək”, - hökumətin press-relizində deyilir.

Bu yardım paketinin təqdim etdiyi avadanlıqların dəyəri 400 milyon avrodan çox olacaq. Rəsmi Helsinki Ukraynaya ümumilikdə 590 milyon avro məbləğində hərbi yardım göstərib.
OXŞAR XƏBƏRLƏR