Finlandiya Ukraynaya 1,6 milyon avro ayırıb

Finlandiya Ukraynaya 1,6 milyon avro ayırıb
DÜNYA
19:21 07.04.2025
291
Finlandiya hakimiyyəti Ukraynanın vergi sisteminin təkmilləşdirilməsi və dəstəklənməsi proqramının həyata keçirilməsi üçün 1,6 milyon avro ayırıb.

Bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin (XİN) saytında dərc edilmiş açıqlamada bildirilib.

"Ukrayna Dövlət Vergi Xidmətinə (DVX) etimadın möhkəmləndirilməsi" layihəsi ölkənin daxili gəlir bazasının gücləndirilməsinə və xarici maliyyələşdirmədən asılılığın azaldılmasına yönəlib. Layihənin 2025-2028-ci illərdə həyata keçirilməsi üçün 1,6 milyon avro ayrılıb", - məlumatda qeyd olunub.

Finlandiyanın vergi orqanları və DVX layihəni birgə həyata keçirəcək. Bu layihə çərçivəsində Kiyev və onun Qərb tərəfdaşları səmərəli və şəffaf vergi sisteminin yaradılmasını, həmçinin Ukraynada özəl sektorun fəallığının artırılmasını hədəfləyib.
 
\report
OXŞAR XƏBƏRLƏR