Finlandiyanın Xarici İşlər Nazirliyi (XİN) Ukraynaya 16 milyon avro məbləğində humanitar yardımın göndəriləcəyini elan edib.
Bu barədə Finlandiyanın "Yle” ictimai yayımçısı nazirliyə istinadən məlumat verib.
Qeyd olunub ki, yardım BMT-nin humanitar qurumları və Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə Kiyevə çatdırılacaq.
Finlandiyanın Müdafiə Nazirliyi yanvarın 31-də Ukraynaya ümumi məbləği 198 milyon avro olan 27-ci hərbi yardım paketinin ayrıldığını elan edib.