Finlandiya və İsveç NATO-ya üzv olur - Rusiya ilə yeni müharibə qapıdadır

MANŞET
16:38 13.05.2022
449
 
Finlandiya və İsveç iki tərəfsiz Skandinaviya ölkəsi kimi tanınır. Ancaq Rusiyanın Ukraynaya hücumundan sonra bu iki ölkə ciddi şəkildə NATO-ya qoşulmağı müzakirə edirlər.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya isə bu iki ölkəyə NATO-ya qoşulmamaları barədə xəbərdarlıq edib və onları hərbi cavabla hədələyib.

Bəs Finlandiya və İsveç NATO-ya rəsmi müraciət etdikdən sonra nə baş verəcək?
 
Finlandiyada prezident və baş nazirin birgə bəyanatı ilə NATO-ya üzv olmaq istədiyini bəyan edib.
 
Bundan sonra Rusiya xarici işlər naziri Sergey Lavrov belə bir vəziyyətə hərbi müdaxilə edəcəklərini bildirib.
 
Kremlin bəyanatında deyilir: "Finlandiya Avropa Birliyinin Rusiyaya qarşı qeyri-dost addımlarına qoşulmağa başlayıb. Bu, təəssüf doğuran addımdır və buna cavab veriləcək. Finlandiyanın NATO-ya üzvlüyü Rusiya üçün birbaşa təhdiddir, çox peşman olacaqlar".
 
Bəyanatda həmçinin Rusiyanın qətiyyətli cavab vermək üçün hər an hazır olduğu bildirilib: "NATO-nun genişlənməsi nə dünyanı, nə də Avropanı daha sabit hala gətirməyəcək. Rusiya Ukraynaya müdaxilə etməyə çalışan və hərbi əməliyyatın qarşısını almağa çalışanlara ən qətiyyətli cavabı verməyə hazırdır".

Bundan başqa, Finlandiya ilə yanaşı İsveç də birliyə qoşulmağı ciddi şəkildə düşünür.
 
NATO-nun Baş katibi Yens Stoltenberq Finlandiyanın üzvlük prosesinə ən qısa zamanda başlayacaqlarını bildirsə də, NATO üzvü olan 30 ölkənin hamısı Finlandiyanın müraciətini təsdiqləməli olduğunu söyləyib.
 
Bəs digər ölkələr bu üzvülüyü necə qəbul edəcək?
 
Xorvatiya prezidenti Zoran Milanoviç ittifaqın genişlənməsi ilə bağlı problemin olmadığını bildirib.
 
Bosniya ölkəsinin seçki qanununda etmək istədiyi istənilən dəyişikliyə veto hüququnu saxlaya bilər.
 
Yunanıstanda hökumət parlamentdə çoxluğa sahib olduğundan, bu ölkədə qərar tez bir zamanda verilə bilər.
 
Hollandiya və İspaniyada aşağı və yuxarı parlamentlər üzvlüyünü təsdiq etməlidir. Bundan əlavə, ölkələrdə belə sazişlərin ratifikasiyası onların Konstitusiyaya uyğunluğu baxımından komissiya tərəfindən yoxlanılır.
 
Hazırda İspaniya parlamentində olan solçu PODEMOS partiyasının NATO-ya qarşı olduğu məlumdur.
 
Bəs Türkiyədə proses necə olacaq?
 
Finlandiya ərizəsini təqdim etdikdən sonra Türkiyədəki razılaşma parlament və prezident tərəfindən ayrı-ayrılıqda araşdırılacaq. Türkiyə prezidenti Ərdoğan Finlandiya və İsveçin Alyansa qoşulmasına müsbət yanaşmadığını bildirib: "Skandinaviya ölkələri terror təşkilatların yuvasına çevrilib. Bu baxımdan onların Alyansa qoşulmasına müsbət yanaşmağımız mümkün deyil”.
 
Ayşən Mirzəyeva

OXŞAR XƏBƏRLƏR