Finlandiyada Rusiya bayrağı yandırılıb

Finlandiyada Rusiya bayrağı yandırılıb
DÜNYA
19:58 10.12.2022
254
Finlandiyanın paytaxtı Helsinkidə Müstəqillik Günü münasibətilə təşkil olunan kütləvi yürüş zamanı Rusiya bayrağı yandırlııb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bununla bağlı Rusiya XİN bəyanat yayıb.

XİN insidentlə bağlı diplomatik demarş tətbiq etmək niyyətindədir. Rəsmi Moskva vurğulayıb ki, belə bir addım Rusiyanın dövlət rəmzinin təhqir olunması hesab olunur.

Bu əməli törədən şəxslərin məsuliyyətə cəlb edilməsi və gələcəkdə bu tip hadisələrin qarşısının alınması üçün tədbirlərin görülməsi məqsədilə Rusiya XİN Helsinkiyə tələb göndərib.
OXŞAR XƏBƏRLƏR