Finlandiya onlara lazım olan silahların Türkiyədə olduğunu bildirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin NATO-ya üzvlüklə bağlı narahatlığını aradan qaldırmağa çalışan Finlandiyanın xarici işlər naziri Haavisto Türkiyənin Finlandiyanın diqqətini çəkə biləcək silah texnologiyalarına sahib olduğunu bildirib.
Finlandiyanın xarici işlər naziri Pekka Haavisto Türkiyənin istehsal etdiyi İHA və SİHA-larla bağlı diqqətçəkən açıqlama verib. Pekka Haavisto verdiyi açıqlamada Finlandiya və Türkiyənin NATO müttəfiqi olduqları təqdirdə bir-biri ilə silah müqaviləsi bağlaya biləcəklərini ifadə edib:
"Türkiyədə Finlandiyanı maraqlandıra biləcək bəzi silah texnologiyaları var. Hər kəs bu dronları və digər sistemləri izləyirdi”, - deyə o bildirib.
Finlandiyanın Türkiyəyə silah embarqosu tətbiq etmədiyini və ixracatın vəziyyətə görə təyin olunduğunu ifadə edən Haavisto NATO-nun müdafiə öhdəliyi nəzərə alınaraq, Finlandiyanın NATO-ya üzv olacağı təqdirdə silah ixracı ilə bağlı istənilən qərarda bunun nəzərə alınacağını bildirib.
Ayşən