Finlandiyanın xarici işlər naziri Pekka Haavisto Türkiyə ilə bağlı yeni açıqlama verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Pekka Haavisto İsveç dövlət televiziyası SVT və Finlandiyanın YLE dövlət televiziyasının birgə yayımladığı proqramda NATO-ya üzvlüklə bağlı açıqlamalar verib.
Türkiyənin istəkləri yerinə yetirilmədiyi təqdirdə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü təsdiq etməyəcəklərini xatırladan nazir bildirib:
"Mayın 14-ü İsveçin xarici işlər naziri Ann Linde və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdüm. Mən Türkiyədə iki dəfə olmuşam. Finlandiya və Türkiyə prezidentləri də daha əvvəl zəngləşib, vəziyyəti müzakirə ediblər. Düşünürəm ki, Türkiyənin gündəmə gətirdiyi bütün problemləri həll edə bilərik".
Mikayıl Mirzəzadə