"Fiorentina” uğursuz nəticələr fonunda baş məşqçisi Stefano Pioli ilə yollarını ayırıb.
AZXEBER.COM xəbər verir ki, İtaliya klubunun rəsmi saytında yayılan məlumata görə, 59 yaşlı mütəxəssis bu gün etibarilə vəzifəsindən azad edilib.
Bildirilib ki, komandanın müvəqqəti baş məşqçisi vəzifəsini bu gündən etibarən Daniele Qalloppa icra edəcək.
Qeyd edək ki, Pioli ilə bu ilin iyul ayında 2028-ci ilə qədər müqavilə imzalanmışdı. "Fiorentina” İtaliya A Seriyasında keçirdiyi ilk 10 turda qələbə qazana bilməyib və cəmi 4 xalla sonuncu — 20-ci pillədə qərarlaşıb.
Zəfər Hacılı










































