Fiqu PSJ-yə keçir

İDMAN
11:25 04.09.2013
1022

PSJ klubda idman diroktoru vəzifəsi üçün axtarışlarını davam etdirir.  Fransa mətbuatına istinadən məlumatına görə, Paris təmsilçisi bu vəzifəyə Portuqaliya millisinin və “Real”ın sabiq futbolçusu Luiş Fiqunu gətirmək istəyir. Klub bu keçidi reallaşdırmaq üçün danışıqlar aparır. Parislilər Fiqu ilə razılığa gəlib yaxın günlərdə onunla müqavilə imzalamaq istəyir. Qeyd edək ki, PSJ sabiq idman direktoru Leonardonu bu yay vəzifəsindən kənarlaşdırıb. //apasport

OXŞAR XƏBƏRLƏR