iyevdə keçirilən "Ukrainian Open 2013" fiqurlu konki sürmə üzrə beynəlxalq turnir keçirilir.
AZXEBER.COM-un verdiyi xəbərə görə, buz üstündə rəqslərdə ən yaxşı nəticəni Azərbaycanı təmsil edən Yuliya Zlobina - Aleksey Sitnikov cütlüyü göstərib.Onlar proqramın 1 növündə 94,59 bal alıblar. Proqmramın 2 növündə, ümumi olaraq, Yuliya Zlobina - Aleksey Sitnikov cütlüyü 158,85 bal yığıblar və 1-ci yeri tutublar. 2-ci yeri Estoniyadan olan İrina Ştork və Taavi Rand cütlüyü (137,93 bal) tutub. 3-cü yerdə isə Ukraynadan olan Xikin-Kenedi və Dmitri Dun cütlüyü (137,01) qərarlaşıb.