18:43 Cümə Axşamı, 20 Fevral 2020
Seçki2020

Firdovsi Cəbrayılov Masallıda seçicilərlə görüşlərini davam edir - FOTOLAR

16:30, 24.01.20203587
Firdovsi Cəbrayılov Masallıda seçicilərlə görüşlərini davam edir - FOTOLAR
Masallıdan deputatlığa namizəd Firdovsi Cəbrayılov seçicilərlə görüşlərini davam etdirir.

O Masallı şəhərinin  Boradigah qəsəbəsi, Bədəlan, Qizlavar, Kolatan kəndlərində seçicilərlə görüşlər keçirib və hər gün digər kəndlərdə görüşlər davam edir. 

Seçicilərlə səmimi söhbət edən F.Cəbrayilov seçiləcəyi təqdirdə həyata keçirəcəyi işlər, planları barədə ətraflı məlumat verib. Görüşlərdə sakinlər namizədə isti münasibət bəsləyiblər, seçkilərdə ona səs verəcəklərini bildiriblər. Firdovsi Cəbrayilov hər bir sakinlə fərdi görüş keçirib onların qayğıları ilə maraqlanıb və söz verib ki yenilənən doğma Masalli üçün əlindən gələni əsirgəməyəcək.Firdovsi Cəbrayilov el ağsaqqlarında məsləhətlər alaraq, bildirib ki,mən sizlərdən biriyəm sizin qayğılarınız mənim qayğılarımla eynidir bu səbəbdən qayğılarımız birlikdə həll edək.‎Kənd agsaqqalari, ziyalıları, təhsil, mədəniyyət isciləri, muəllimləri Firdovsi Cəbrayilovun namizədliyini dəstəklədiyini bildiriblər.

O bildirib ki mən seçkilılərə ölkə başçsısı İlham Əliyevin çağırışı ilə qatılmışam. Ölkədə aparılan islahatlardan görürük ki, prezidentimizin hər bir adddımı bizlər üçün, gələcək nəslin daha da yaxşı yaşaması üçün hesablanıb. Bizlər hər zaman düşünülmüş uğurlu siyasəti dəstəkləyəcəyik. Bizlər hər zaman qüdrətlənən Azərbaycanımız üçün çalışacayıq.

Görüşlər davam edir.
 

 

 

 

 

 

 



XƏBƏR LENTİ