Firəngiz Mütəllimovadan sərt açıqlama: “Yaşar Nuri gey obrazı oynasaydı...”

MƏDƏNİYYƏT
16:23 26.01.2024
949
"Məgər Yaşar Nuri kimi aktyor var idi? O, çox gözəl, fantastik gücə malik aktyor idi. Onun oynadığı obrazlar, yaratdığı şah əsərlər  qarşısında bir sənətkar kimi baş əyirəm. Nə oldu, indiyə qədər onun yaratdığı obraz haqqında bu cür fikir səslənməmişdi, indi hansısa gənc aktyor çıxıb efirə, bu barədə fikir səsləndirir? Əgər bu barədə nəsə olsaydı, indiyə qədər deyilərdi”.

Bu sözləri "Musavat”a açıqlamasında Xalq artisti Firəngiz Mütəllimova "Azərbaycanda ilk gey rolunu Yaşar Nuri oynayıb” fikirlərinə münasibət bildirərkən deyib. Firəngiz Mütəllimova mərhum Xalq artisti Yaşar Nurinin 1989-cu ildə çəkilən "Qonşu qonşu olsa...” film-tamaşasında yaratdığı obrazın heç də gey obrazı olmadığını deyib:

"Həmin tamaşaya illərlə böyük həvəslə baxıram. Tamaşaya baxanda heç bu barədə düşünməmişəm, ağlıma da gəlməyib.  Əgər deyildiyi kimi olsaydı, bunu ilk növbədə biz, həmin tamaşanı oynayanlar, onun yanında işləyənlər bilərdi.

Bilirəm ki, Nofəl istedadlı gəncdir, amma onun Yaşan Nuriyə qarşı səsləndirdiyi fikri səhvdir.

İndi elə bir dövrə gəlib çatmışıq ki, kimsə gündəmə gəlmək, tanınmaq, haqqında nəsə yazılmasını, danışılmasını istəyir, onda bu cür variantlara əl atır.
Yaşar Nuri kimi sənətkarlarımız bütün ömürlərini, canlarını, sağlamlıqlarını bu sənətə həsr ediblər. Bu cür şeylər eşidəndə düşünürəm ki, ay Allah, gör hara gəlib çıxmışıq.

Əsl peşəkar sənətkarın qədrini onu sevənlər, xalq bilir. Hamı bilir ki, kimin yeri haradır, hansı səviyyədə, pillədədir, necə işləyir. Yəni hər şey göz qabağındadır. Ona görə də belə şeylərə fikir vermək lazım deyil. Yaxşı atın dalınca həmişə toz  qopar, qoy qopsun...”

Xatırladaq ki, bəstəkar-müğənni Murad Arifin "YouTube” layihəsi olan "Popumuz var”ın növbəti qonağı olan aktyor Nofəl Şahlaroğlu mərhum Xalq artisti Yaşar Nuri haqqında qalmaqallı fikirlər səsləndirib. Aktyor qeyd edib ki, Yaşar Nuri 1989-cu ildə çəkilən "Qonşu qonşu olsa...” film-tamaşasında Azərbaycanda ilk gey obrazını canlandırıb.

Xalq artistinin xanımı Rəhimə Nuriyeva və qızı Ülkər Nuriyeva məsələyə sərt reaksiya veriblər. Qeyd ediblər ki, adıçəkilən tamaşada, ümumiyyətlə, gey obrazı olmayıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb