Fironun “mənəmliyi”, Musanın əsası, Mənsimovun yalanları – KEÇMİŞDƏN BU GÜNƏ

Fironun “mənəmliyi”, Musanın əsası, Mənsimovun yalanları – KEÇMİŞDƏN BU GÜNƏ
SOSİAL
14:31 12.05.2022
513
Fironun doğuşu...

Firondan başlayaq. Musaya lağ edən, onun Allahını tanımayan, amma sonda qorxu hissini iliyinə kimi hiss edən Firondan.

Heç düşünmüsünüz, Firon özünü niyə bir yerdən sonra Allah elan edir? Axı, insan özünü necə birdən-birə Allah elan edə bilər?
 


Çünki Firon başdan ayağa narsisizmin ağuşunda idi. Düşüncələrində insanlığın yüksək, "ən” zirvəsində dayandığına inanırdı. Niyə də inanmasın? Sənin, mənim kimi ətdən, sümükdən olan bu adam bir əlini qaldıranda yaşadır, o əlini endirəndə kiminsə başını qarpız kimi əzdirirdi. Bir yerdən sonra firon yorulur, bezir, həvəsdən düşür, dayanır və barmağını dişləyib yekun qənaətə gəlir: "Allah varsa, o elə mənəm”.

Fironun nəzəriyyəsi onun bütün obsesiyalarını doğrulamaq üstündə qurulub. Bir narsistin edə biləcəyi təməl qazanclardan biri də elə budur. Səhvsiz olduğunu diktə etmək və təpədən dırnağa öz fəlsəfəsini hər kəsə həqiqət kimi sunmaq.

Musanın əsası…

Amma bütün fironların mütləq bir Musası tapılır. Onun hər səhər durub qibtə ilə baxdığı güzgüsünü darmadağın edən, xəyalını görəndə dili ağzında böyüyən bir Musa hardansa çıxır.

Çıxmasa belə bu elə də problem yaratmır. Obsesiyaları özləri ilə böyüyən narsistlər bir yerdən sonra "dur” əmri ilə qarşılaşırlar. İşə Allahın insan fizionomiyasındakı müdhiş mexanizmi düşür. 35 yaşına gəlib çatan narsist həyatın reallıqlarını dərk edir, dünyanın mərkəzində olmadığını anlayır və digər insanlardan fərqli olmadığını görür.
 


Yəni, Fironun narsistliyini Musa yerləbir edirsə, digərlərininkini mütləq və mütləq Allah edir.

Amma bəzən də daha fərqli olur. Fironluq bitir, dünya onları yalnız ehramlarda xatırlayır, bircə insan oğlu dərs almır ki, almır.

Ucuz gəminin bahalı mənzərəsi…

Müasir dövrün insanı özünəvurğunluğunu - güzgüsünü daha fərqli yollarla təmin edir. Bu "güzgü” mediadan başqası deyil.
Media insanlara quzunu qurd, qurdu da quzu göstərən Fironun o məşhur güzgüsüdür. Elə indilərdə hamımızın baxdığı Mübariz Mənsimovun güzgüsünün eynisi.

Mənsimov pulla satın aldığı "güzgüləri” ilə günəşin zəhlətökən şüasını dövlətin gözlərinə tutur, onu qamaşdırır, başını gicəlləndirməyə çalışır.
 


Söyüş müxalifətinin kameralarını aldıran, studiyalarını qurduran, səs yazan cihazlarını hədiyyə edən Mənsimov dövlətin gözlərini hər yerdən – içəridən, bir az Quzeydən, bir az da Qərbdən günəş şüaları sınağa çəkir, bu işi görərkən də şəhid ailələrini özünə alibi edir.

Fətullah Güləni otağında "danlayan", Türkiyə kimi 80 milyonluq hegemon bir ölkənin rəhbərinə doğru-dürüst müraciət belə edə bilməyən birisi yerli medianı ələ almaq üçün işə qoyulur.

İndi məşhur gəmiçinin özünəvurğunluğunu xalqa göstərmək üçün Azərbaycanda fəaliyyət göstərən bəzi saytlarla qeyri-şəffaf əməkdaşlığa sövq etməsi ilə bağlı dəlillər palaz-palaz ortalıqdadır.

Çatlaq-çatlaq güzgülərlə dövlətin gözünə günəş işığını tutan, şəhidlərin adından istifadə edib özünə müsbət rəy yığan Mənsimov dim-dik dayanır. Qalır Musanın əsa ilə gəlişi.

Nağılın bədbin sonu…

Bu dövr möcüzələr dövrü deyil, xanımlar və cənablar. Heç Mənsimovun yalanlarla dolu güzgüləri də etibarlı sayılmaz. Başqa pəncərədən günəşin doğuşu daha maraqlı olsa orada mütləq olacaqlar. Sadəcə indi gəmidən baxanda mənzərə daha bahalıdır.

Bir də ki, nə narahatçılıq? Dövlətimiz sağ olsun. Əmin olun, Musanın nəinki əsası, bircə ayaq səsləri belə onları ortalıqdan silməyə yetər.

Altay Qorxmaz
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
Avtobusdakı görüntüləri gündəm oldu
22:16 15.03.2026
Avtobusdakı görüntüləri gündəm oldu
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO
22:11 15.03.2026
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO