Fırtına ilə əlaqədar Kaliforniyanın 8 əyalətində fövqəladə vəziyyət elan edilib.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, ABŞ-nin Kaliforniya ştatına təsir edən fırtınaya ştatın 8 şəhərində fövqəladə vəziyyət elan edilib.
Milli Meteoroloji Xidmət dünən verdiyi açıqlamada deyilir:
"Güclü atmosfer çayı fırtınası Kaliforniyaya təsir etdi. Güclü qar, yağış və sahil daşqınları ştata təsir etməyə davam edəcək. Güclü yağışlar həyat üçün təhlükə yarada biləcək hadisələrə səbəb ola bilər. Çay daşqınlarına əlavə olaraq, yağışlar dağıntı axınlarına və sürüşmələrə səbəb ola bilər".
Səlahiyyətlilər xəbərdarlıq edib ki, Kaliforniya ştatında iki gün ərzində daşqınlar baş verə bilər.
Kaliforniya qubernatoru Gavin Newsom əlverişsiz hava şəraiti ilə əlaqədar Los-Anceles, Orange, Riverside, San Bernardino, San Dieqo, San Luis Obispo, Santa Barbara və Ventura əyalətlərində fövqəladə vəziyyət elan etdiyini açıqlayıb.
Mikayıl