Firuzə Muradova vəfat etdi - FOTO

Firuzə Muradova vəfat etdi - FOTO
SOSİAL
21:28 16.01.2024
308
Azərbaycanın ilk qadın arxeoloqlarından biri - tarix üzrə fəlsəfə doktoru Firuzə Məmmədrza qızı Muradova vəfat edib.

Bu barədə "Report"un Muğan bürosu xəbər verir.

Qeyd edək ki, F.Muradova 1934-cü il noyabr ayının 19-da Bakı şəhərində anadan olub. 1953-cü ildə Bakı şəhəri 190 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub.

1958-ci ildə universiteti bitirərək AMEA Tarix İnstitutunda laborant kimi əmək fəaliyyətinə başlayıb.

1965-ci ildən Qobustan ərazisində arxeoloji tədqiqatlar aparan Firuzə xanım 1974-cü ildə "Qobustan tunc dövründə" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

1979-cu ildə işıq üzü görən "Qobustan Tunc dövründə" monoqrafiyası arxeoloqlar tərəfindən yüksək qiymətləndirilib.
F.Muradova Qobustanın maddi-mədəniyyəti problemi üzrə tədqiqatlarını davam etdirərək ərazinin üst paleolitdən orta əsrlər dövrünədək aktual məsələlərini tədqiq edib.

3 kitab və 100-dən artıq məqalənin müəllifi olan Firuzə Muradova Azərbaycan arxeologiyasının ilk qadın arxeoloqlarından biridir.

Allah rəhmət eləsin!
 

 


OXŞAR XƏBƏRLƏR