Fitrə zəkatı necə çıxarılmalı və kimə verilməlidir?

Fitrə zəkatı necə çıxarılmalı və kimə verilməlidir?
SOSİAL
15:16 17.02.2026
548
Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən Qazılar Şurası Ramazan ayının başlaması münasibətilə fətva verib.
 
Fətvaya əsasən, Ramazan bayramının Şəvval ayının hilalının görünməsindən asılı olaraq böyük ehtimalla 20 mart tarixinə təsadüf edəcəyi bildirilir. Qurum bayramın dəqiq tarixinin ayın üfüqdəki vəziyyətinə uyğun olaraq əlavə şəkildə elan ediləcəyini qeyd edib. Qazılar Şurası həmçinin fitrə zəkatının məbləğinin adambaşına 10-15 manat civarında müəyyən olunduğunu açıqlayıb.

Fitrə zəkatının kimlərə vacib olduğu da maraq doğuran məsələlərdəndir. Bəs maddi imkanı olmayan və fitrə zəkatına şamil olunan ərzaqları almağa gücü çatmayan şəxslər fitrə verməlidirmi? Kasıb və varlı insanlar arasında fitrə zəkatının məbləği necə müəyyən edilir?
 


İlahiyyatçı Tural İrfan AZXEBER.COM-a açıqlamasında bildirib ki, fitrə oruc tutması vacib olan şəxslər üçündür:

"Fitrə oruc tutması vacib olan şəxslər üçündür. Yəni, maddi imkanı çatanlar fitrə verməlidir. Maddi imkanı məhdud olan şəxslər nəinki fitrə verməli, əksinə fitrə almalıdırlar”.

İlahiyyatçı deyib ki, imkanlı şəxslər isə mümkün qədər daha çox fitrə zəkatı verməlidirlər:

"İmkanlı şəxslər isə mümkün qədər daha çox fitrə zəkatı verməlidirlər. İmkanı çatanlar təkcə özü üçün deyil, bütün ailə üzvləri və yaxınları, qohumları adından da fitrə verə bilərlər. Miqdarı və məbləği ən azı bir nəfərin bir günlük qidalandığı qədər ərzaq yaxud digər maddi yardım ola bilər. Kasıblar, sosial cəhətdən həssas olan təbəqəyə fitrə vermək vacib deyil”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR