Fitrə zəkatı verilən zaman izdiham yaşandı: 78 nəfər öldü

Fitrə zəkatı verilən zaman izdiham yaşandı: 78 nəfər öldü
DÜNYA
10:40 20.04.2023
249
Yəmənin paytaxtı Səna şəhərində yerləşən məktəblərin birində Ramazan yardımlarının paylanması zamanı yaranan izdiham nəticəsində ən azı 78 nəfər həyatını itirib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, fitr bayramından əvvəl Sənada bəzi iş adamları xeyriyyə məqsədilə pul paylamaq istəyiblər.

Lakin bu zaman izdiham yaşanıb. İzdihamda 78 nəfər həlak olub.

Xəstəxanaya çatdırılan yaralıların sayı 100-ü ötüb. Hadisə ilə bağlı istintaq başladılıb.

Qeyd edək ki, Yəməndəki vətəndaş müharibəsi səbəbindən ölkənin təxminən 22 milyonluq əhalisinin üçdə ikisi humanitar yardımdan asılı vəziyyətə düşüb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR