Flickr saytında Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi səhifəsi yaradılıb.
AZXEBER.COM xəbər verir ki, səhifədə İlham Əliyevin həyat və fəaliyyətinə həsr edilən fotolar dərc edilir.
Flickr rəqəmsal foto və videoların saxlanılıb və istifadəsi üçün nəzərdə tutulan servisdir.
2004-cü ildə Ludicorp şirkəti tərəfindən istifadəyə verilən sayt fotoların yerləşdirilməsi üçün ən populyar saytlardandır.