Flikdən “Real Madrid”ə cavab: “Biz bəhanə axtarmırıq”

İDMAN
00:47 06.02.2025
199
İspaniyanın "Barselona" klubunun baş məşqçisi Hansi Flik "Real Madrid"in hakimlər barədə açıqlamalarına münasibət bildirib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, təcrübəli alman mütəxəssis klubunun belə mövqe sərgiləmədiyini vurğulayıb:

"Onlar bunu etdi, amma bu bizim üslubumuz deyil. Biz bəhanə axtarmırıq. Hər klubun öz yanaşması var. Biz insanıq və səhv edirik. Hakimlərin işi çox çətindir və bunu nəzərə almalıyıq. Onlar üçün də asan deyil".
 
Zəfər Hacılı

OXŞAR XƏBƏRLƏR