AzXeber.com-un xəbərinə görə, Flora Kərimova xalq artisti Faiq Ağayevin bıçaqlanmasına münasibət bildirib. Aparıcı Dilarə Əliyevanın “Hadisənin (Faiq Ağayevin bıçaqlanmasının) Topçubaşov küçəsində baş verməsi təsadüf idimi?” sualına Flora Kərimova “Topçubaşov küçəsində baş verən hadisə onun etdiyi pisliklərə tanrının cavabı idi” deyə cavab verib.
Bundan başqa Flora xanım deyib ki, hər gün səhər 9-dan axşam saat 6-a qədər məhkəmədə olur. O bunu xarakteriylə izah edib: "İnadkar insan olduğum üçün dediyimin üstündə dururam. Bu səbəbdən günüm məhkəmə zallarında keçir".