Flora Kərimova: "Faiq Ağayev olan yerdə mən yoxam"

MAQAZİN
00:07 31.12.2014
2049

Hər həftə bir tanınmış simanı qonaq edən AZXEBER.COM-un “İşdən sonra” rublrkasında qalmaqal yaşanıb. Belə ki, AZXEBER.COM olaraq növbəti qonaq üçün, xalq artisti Flora Kərimova ilə əlaqə saxladıq. Xalq artistimiz isə bundan imtina etdi. Səbəb olaraq isə, “Faiq Ağayev olan yerdə mən yoxam. Bu mənə kifayətdir. Artıq sözə ehtiyac yoxdur” deyərək, rublikamızın qonağı olmaqdan boyun qaçırdı.

Qeyd edək ki, 2 həftə öncə rubrikanın qonağı xalq artisti Faiq Ağayev olmuşdu. Biz də öz növbəmizdə xalq artistimizə xatırlatmaq istərdik ki, bizim rubrikanın məqsədi Azərbaycan mədəniyyətinə, incəsənətinə xidmət edən şəxslərin asudə vaxtlarını necə keçirməsi, sənətdən kənar nə işlərlə məşğul olması ilə bağlıdır. Flora Kərimovanın bu hərəkəti isə bir daha onu göstərdi ki, həyatda sənət vacib şeylər də var. Məsələn: Hörmət, səmimiyyət, insanlıq.. Amma çox təəsüf ki, bunlar bəzi sənətçilərimizdə o cümlədən xalq artistimizdə də yox imiş...

OXŞAR XƏBƏRLƏR